Məşhur aparıcının qızları qəzaya düşdü - FOTO

18:47 - 15 Yanvar 2022 - HADİSƏ

Acun İlıcanın qızları Türkiyənin Bolu vilayətində “Kartalkaya” istirahət mərkəzindən istirahətdən qayıdarkən qəzaya uğrayıblar.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalının qızları Yasemin və Leyla Ilıcalını daşıyan cip "Gelandewagen" avtomobili yolda idarəetmədən çıxaraq meşəyə sürüşüb. Qəzada xəsarət alan olmayıb.

Yolun qar və buzlu olması qəzaya səbəb olduğu bildirilir. Avtomobil evakuatorla olduğu yerdən çıxarılıb.


Xəbər xətti