Dünyanın ən yaşlı qadını 119 yaşını qeyd edib

Ginnesin Rekordlar Kitabında dünyanın ən yaşlı qadını kimi düşən yapon qadın Keyn Tanakanın 119 yaşı tamam olub.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, qadın Fukuoka prefekturasında qocalar evində yaşayır. Pandemiya məhdudiyyətləri səbəbindən onun qohumları ilə görüşmək imkanı yoxdur.

Keyn Tanaka 1903-cü ildə anadan olub. İkinci Dünya Müharibəsi zamanı əri və böyük oğlunu itirib. Qadın bütün həyatı boyu mağazada satıcı çalışıb. XX əsrin 70-ci illərində o, təqaüdə çıxıb və bir neçə dəfə ABŞ-a səfər edib, 2005-ci ildən isə qocalar evində yaşayır.

103 yaşında o xərçəngə qalib gəlib. O vaxtdan bəri onun başqa ciddi xəstəlikləri olmayıb.

Tarix
2 Yanvar 2022 [22:36]
Müəllif
Üç nöqtə
2022-01-02 22:36:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin