Kevin Medina "Bazel"ə qarşı oynayacaq?

23:15 - 8 Dekabr 2021 - İDMAN

"Qarabağ"ın zədədən yenicə qayıtmış futbolçusu Kevin Medina İsveçrədə "Bazel"ə qarşı keçiriləcək UEFA Konfrans Liqasının qrup oyununda meydana çıxa bilər.

"Report"un məlumatına görə, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma öncəsi təşkil olunmuş mətbuat konfansında açıqlama verib.

49 yaşlı mütəxəssis kolumbiyalı müdafiəçinin bu gün komandaya qoşulacağını bildirib: "Məşq etdikdən sonra ümumi gedişata baxacağıq. Hazır olsa, oynamaq ehtimalı var. Amma hələ məndə də bu barədə dəqiq məlumat yoxdur".

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Xəbər xətti