“Azərişığ”ın mühəndisi iş yerində öldü

Lənkəran rayonunda elektrik mühəndisi çalışdığı idarədə ölüb.

“Report”un verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında “Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) qeydə alınıb.

Belə ki, RETSİ-də mühəndisi vəzifəsində çalışan 1958-ci il təvəllüdlü Ağakişi Cahangir oğlu Xankişiyev qəflətən ölüb.

Onun insult keçirdiyi ehtimal olunur.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
6 Dekabr 2021 [13:54]
Müəllif
Üç nöqtə
2021-12-06 13:54:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin