Ötən həftə azad olunan ərazilərdən 30 mina aşkarlanıb

13:32 - 6 Dekabr 2021 - Xəbər

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.

ANAMA-dan Ucnoqta.az-a bildirilib ki, noyabrın 29-dan dekabrın 4-ə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 3 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 19 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 70 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Xəbər xətti