Ata həbsdə olan oğluna narkotik ötürməyə cəhd edib - Foto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Ucnoqta.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Naib Namiq oğlu Əliyevə atası Gəncə şəhər sakini Namiq Firuddin oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilib.

Yoxlama zamanı orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 1,935 qram olan narkotik vasitə heroin aşkar edilib.

Tarix
6 Dekabr 2021 [12:50]
Müəllif
Üç nöqtə
2021-12-06 12:50:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin