"Qarabağ"da "Bazel"lə oyun öncəsi ciddi itki

19:41 - 4 Dekabr 2021 - İDMAN

"Qarabağ" klubunun futbolçusu Kevin Medina zədələnib.

Klubun mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, kolumbiyalı müdafiəçi ötən gün məşq zamanı ayaq əzələsini dartıb. Bu səbəbdən Medina hazırda "Keşlə" ilə Azərbaycan Premyer Liqasının XIII tur matçında iştirak etmir.

O, dekabrın 8-da İsveçrədə "Bazel"ə qarşı Konfrans Liqasının VI tur matçında böyük ehtimalla iştirak etməyəcək.

Xəbər xətti