Azərbaycan Voleybol Federasiyasında baş katib dəqiqləşib

10:31 - 3 Dekabr 2021 - İDMAN

Azərbaycan Voleybol Federasiyasının yeni baş katibi bəlli olub.

Qurumda bu funksiyanı “Azərreyl”dən istefa verən klubun prezidenti Fərid Xəlilov yerinə yetirəcək.

O, növbəti 4 il üçün AVF-nin baş katibi təyin olunub. Xəlilov bu vəzifədə Cəlil Cəfərovu əvəzləyib. “Rabitə”nin sabiq prezidenti federasiyanın yeni vitse-prezidenti seçildiyindən baş katib vəzifəsi boş qalmışdı.

Qeyd edək ki, 38 yaşlı Xəlilov 2019-cu ildən “Azərreyl”in prezidenti idi.///Apasport.az

 

Xəbər xətti