Operativ Qərargahdan vaksin olunanlarla bağlı MƏLUMAT

18:45 - 1 Dekabr 2021 - Xəbər

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 314 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 125, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 30 008 nəfərdir.


Xəbər xətti