Yevlax şəhərində dəyirmanda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ümumi sahəsi 450 m² olan dəyirmanın içərisində 8 ədəd bunkerin (hər birinin həcmi 12 ton, sahəsi 4 m²) taxta döşəməsi 32 m² sahədə yanıb. 
                       
                                             
                                                        
Dəyirman və içərisində rəflərə yığılmış, hər birinin çəkisi 50 kq olan 400 ədəd un kisəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
