Britaniyadan bu ölkələrə uçuşlar dayandırılır

Böyük Britaniya altı Afrika ölkəsinə uçuşları dayandırır.

Bu barədə Birləşmiş Krallığın səhiyyə naziri Sajid Cavid “Twitter”də yazıb.

Buna səbəb Cənubi Afrika Respublikası, Namibiya, Lesoto Krallığı, Botsvana, Esvatini və Zimbabvedə koronavirusun yeni- B.1.1.529 ştammının tapılmasıdır.

Onun sözlərinə görə, sözügedən Afrika ölkələri qırmızı siyahıya daxil ediləcək və uçuşlar müvəqqəti olaraq dayandırılacaq.

Cavid bildirib ki, alimlər yeni ştammdan son dərəcə narahatdırlar.

Yeni variantın Delta tipindən daha yoluxucu ola biləcəyini deyən britaniyalı nazır mövcud vaksinlərin də bu varianta qarşı daha az təsirli ola biləcəyini qeyd edib.

Ölkənin Səhiyyə Təhlükəsziliyi agentliyi UKHSA da yeni variantla bağlı açıqlama verərək onu “gördüyümüz ən pis variant” adlandırıb.

Qeyd edək ki, “super variant” olaraq xarakterizə edilən B.1.1.529 ştammında 32 mutasiya var.

Mütəxəssislərin fikrincə, hazırkı vaksinlərin bu varianta qarşı effektiv olub-olmadığı hələlik məlum deyil. Varianta az rastlandığı üçün onun çox da yoluxucu olmayan ştamm olduğu ehtimal edilir.///oxu.az

Tarix
27 Noyabr 2021 [00:20]
Müəllif
Üç nöqtə
2021-11-27 00:20:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin