“Azərxalça”nın vəfat edən sabiq rəhbərinə hüquqi varis təyin edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça" ASC-nin sabiq sədri, dünyasını dəyişmiş Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriln şəxsin vəkili Vüqar Babayev bildirib ki, təqsirləndirilən şəxs sağkən ittihamları qəbul etməyib.

Daha sonra vəkil vəsatət qaldırıb. Bildirib ki, Vidadi Muradov və onun oğlunun əmlaklarına həbs qoyulub: "Qanunvericiliyə görə, həbs təqsirləndirilən şəxsin vəzifəyə təyin olunandan sonra aldığı əmlaklara qoyula bilər. Vidadi Muradov "Azərxalça"ya 2016-cı ildə rəhbər təyin edilib. Amma üzərinə həbs qoyulan əmlaklar 2016-cı ildən əvvəl əldə edilib. Ona görə də həmin əmlakların üzərinə qoyulan həbslər götürülsün".

Hakimlər müşavirəyə yollanıb.

Müşavirədən sonra qərar elan olunub. Məhkəmənin qərarı ilə V.Muradovun həyat yoldaşı onun hüquqi varisi təyin olunub.

İş üzrə "Azərxalça" ASC və Dövlət Vergi Xidməti zərərçəkmiş kimi tanınıb.

Qeyd edək ki, Vidadi Muradov bu ilin yanvarında həbs edilib. Sentyabrda məhkəməsi başlasa da, səhhəti ilə bağlı məhkəmə proseslərini keçirmək mümkün olmayıb. Onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov oktyabrın 30-da ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə evində vəfat edib.

V.Muradov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi. Məhkəmə V.Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyub.///trend

Tarix
26 Noyabr 2021 [16:51]
Müəllif
Üç nöqtə
2021-11-26 16:51:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin