Soçi görüşü öncəsi Rusiyadan AÇIQLAMA

10:50 - 26 Noyabr 2021 - Xəbər

Xəbər verildiyi kimi, bu gün Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq.

Görüş ərəfəsində Kremlin mətbuat xidməti Soçi danışıqlarının gündəmində nələrin yer alacağına dair bəyanatla çıxış edib. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir illiyinə həsr edilmiş üçtərəfli danışıqlar noyabrın 26-da Soçidə baş tutacaq. Kremlin mətbuat xidməti bu görüşün Rusiya dövlət başçısının təşəbbüsü ilə keçirildiyini vurğulayır.

Bəyanatda deyilir ki, danışıqlarda 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar üçtərəfli razılaşmalarının həyata keçirilməsininin gedişinə nəzər salmaq, habelə regionda stabilliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması istiqamətində sonrakı addımları müzakirə etmək planlaşdırılır. Bu zaman ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət ayrılacaq.

Rusiya prezidentinin mətbuat xidməti onu da bildirir ki, Putinin Əliyev və Paşinyanla təkbətək görüşü də nəzərdə tutulur.

Xəbər xətti