"Barselona" yenə "El-Klassiko"da məğlub oldu

20:15 - 24 Oktyabr 2021 - İDMAN

Bu gün La Liqada 2021/2022 mövsümünün ilk "El-Klassiko"su keçirilib.

Ucnoqta.az xəbər verir ki, "Barselona" 10-cu turda "Real"ı qəbul edib. "Kamp Nou"da oynanılan görüş  qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

Bu nəticədən sonra "Real" 20 xalla liderliyə yüksəlib. Kataloniya klubu isə 15 xalla 8-ci pillədə qərarlaşıb. Hər iki komanda çempionatda bir oyun az keçirib.

24 oktyabr

18:15. "Barselona" - "Real" - 1:2

Qollar: David Alaba, 32 (0:1), Lukas Vaskes, 90+4 (0:2), Serxio Aquero, 90+7 (1:2)

Xəbər xətti