İtaliya yığması Azərbaycan millisini darmadağın etdi

17:58 - 23 Oktyabr 2021 - İDMAN

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Yığmamız qrupdakı ikinci oyununda İtaliya ilə qarşılaşıb.
İlk görüşündə Norveçə 0:7 hesabı ilə uduzan Vüqar Əsgərlinin yetirmələri yenə darmadağına məruz qalıb. Kaldyerodakı qarşılaşmada ev sahibləri millimizin qapısından 9 cavabsız top keçirib – 9:0.

Yığmamız yer aldığı 7-ci qrupda son oyununu oktyabrın 26-da Polşaya qarşı keçirəcək.

///apa

Xəbər xətti