"Qarabağ"ın qələbəsi sayəsində Azərbaycan UEFA reytinqində irəlilədi

09:08 - 22 Oktyabr 2021 - İDMAN

Avrokubokların qrup mərhələsinin III turundan sonra UEFA reytinqi açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu, "Qarabağ"ın Konfrans Liqasında Qazaxıstan "Kayrat"ı üzərində 2:1 hesablı qələbəsi sayəsində mümkün olub. Beləliklə, ölkənin aktivinə daha 0,500 xal gəlib və ümumi xal sayı 16,000-a qalxıb.

Beləliklə, 26-cı pilləyə yüksələn Azərbaycan hərəyə 15,875 xala malik Polşa və Macarıstanı geridə qoyub. Polşanın "Legiya" komandası Avropa Liqasının III turunda İtaliyada "Napoli"yə 0:3, Macarıstan "Ferentsvaroş"u Şotlandiyada "Seltik"ə 0:2 hesabı ilə uduzub.

Qazaxıstan isə 15,500 xalla 29-cu pillədə yer alıb.

Xəbər xətti