Qurban Qurbanov: “Qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır”

23:20 - 21 Oktyabr 2021 - İDMAN

“Furbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat”la keçirilən oyun barədə danışarkən deyib.

Bakıda Qazaxıstan çempionu üzərində əzmkar qələbə (2:1) qazanan ağdamlılar 7 xalla qrup liderliyini davam etdirib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar, ikinci hissədə isə biz onlara çətinliklər yaratdıq. Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm”.

49 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarını dəyərləndirib: “Bizim qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Rəqibin “Bazel”ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar”.///apa

Xəbər xətti