"Mənə nəyisə deyə bilərsiniz, amma..." - Mahir Emreli

22:45 - 20 Oktyabr 2021 - İDMAN

Polşa "Legiya"sının azərbaycanlı hücumçusu Mahir Emreli UEFA  Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Napoli" ilə oyun öncəsi yerli mətbuata açıqlama verib.

"Sport.se.pl" saytına danışan 24 yaşlı forvard rəqib komandanın polşalı yarımmüdafiəçisi Pyotr Zelinskinin əla texnikaya malik olduğunu deyib:

"Onu Avro-2020-də görmüşəm, ancaq əvvəllər tanımırdım. Komanda yoldaşlarım onun "Napoli"də çıxış etdiyini dedi .Mükəmməl bir texnikaya malikdir, bunu bilirəm. Ümid edirəm ki, öz həmyerlilərinə qol vurmaz".

Mahir jurnalistlərlə münasibəti barədə də danışıb:

"Jurnalistlərin oyunçulara və məşqçilərə irad tutmağa çalışmasını xoşlamıram. Futbolçular jurnalistlərə mühazirə oxumurlar. Problemlərimiz haqqında yaxşı tonda danışa bilərik. Mənə nəyisə deyə bilərsiniz, sizi dinləyərəm. Amma təkəbbürlü olmaq istəmirəm. Çünki mənim işim meydandadır".

Qeyd edək ki, sabah keçiriləcək "Napoli" - "Legiya" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.///offsideplus.az 

Xəbər xətti