Türk lirəsi ucuzlaşdı - Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır?

Hazırda ucuzlaşmaqda olan 1 türk lirəsi Azərbaycan manatı ekvivalenti ilə 18 qəpik civarındadır. Türk lirəsi ucuzlaşsa da, Bakıda satılan Türkiyə məhsullarının qiymətində ucuzlaşma hiss olunmur.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, buna səbəb türk şirkətlərinin idxalı dollar və avro ilə aparmasıdır: "Lirə ucuzlaşdıqca Türkiyənin yerli şirkətləri sifarişləri bahalaşdırırlar. Mağazalarımızda olan malların çoxu bir neçə ay bundan əvvəlki kursla alınan mallardır. Türkiyə mallarını satan ticarətçilər mallarını köhnə qiymətə aldıqlarına görə çalışırlar ki, baha da satsınlar. Türkiyədən mal idxal edənlərin gəlirləri pandemiyaya görə aşağı düşüb, xərcləri artıb. Bazarda əvvəlki pul dövriyyələri yoxdur. Məcburdurlar ki, qiyməti aşağı salmasınlar".

 

Tarix
19 Oktyabr 2021 [17:28]
Müəllif
Üç nöqtə
2021-10-19 17:28:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin