Məşhurların 100-340 min AZN-lik LÜKS AVTOMOBİLLƏRİ - VİDEO

15:49 - 19 Oktyabr 2021 - MAQAZİN

Cah-cəlallı malikanələri olan, bahalı geyimlərdən və qiymətli aksessuarlardan istifadə edən, dəbdəbəli həyat tərzi yaşayan ulduzlar bu dəfə lüks avtomobilləri ilə gündəmə gəliblər.

Ucnoqta.az "Mtv”yə istinadən bahalı maşınlara sahib olan azərbaycanlı məşhurları təqdim edir:
Xalq artisti Röya Ayxanın avtomobili "BMW” markalıdır. Sənətçinin lüks maşınının qiyməti təxminən 103 min dollardır (təxminən 221 min AZN).

Villaları, biznesi və qızıl ayaqqabısı ilə gündəm olan müğənni Orxan Babazadə də bahalı avtomobili olan məşhurlardandır. O, qiyməti 150-200 min AZN aralığında olan ”Bentley” markalı avtomobil idarə edir.

Tez-tez artıq çəkisinə görə əməliyyat masasına yatan müğənni Xatirə İslamın bir yox, iki bahalı avtomobili var. O, 110 min AZN olan "Porsche” və "Lexus” markalı maşın sürsə də, sonuncu dəfə "Geländewagen”də görüntülənib.

Bəzən rəqsləri ilə türkiyəli ifaçı Sibel Cana bənzədilən müğənni Şəbnəm Tovuzlu tez-tez bahalı avtomobilləri ilə gündəmə gəlir. O, əvvəl "Bentley Continental GT” adlı lüks maşının sahibi olub. Sonra onu 130 min AZN-ə sataraq "Geländewagen” alıb.

Tez-tez qalmaqalları ilə gündəmə gələn müğənni Afət Fərmanqızı da lüks nəqliyyat vasitəsi olan ulduzlardandır. O, 240 min AZN-lik "Geländewagen” sürür.

Son zamanlar həyat yoldaşıyla etdiyi səyahətləri ilə gündəm olan müğənni Sevda Yahyayeva "Mercedes-Benz Viano” avtomobilinin sahibidir. Onun maşınının qiyməti ucuz olsa da, xüsusi hazırlatdırdığına görə bu avtomobil ona 200 min dollara (təxminən 340 min AZN) başa gəlib. Onun maşınından Azərbaycanda sadəcə bir ədəddir.

Xəbər xətti