Prezident MEDİA ilə bağlı fərmanda dəyişiklik etdi

Medianın İnkişafı Agentliyinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən Müşahidə Şurası üzvlərinin sayı azaldılıb.

Ucnoqta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmana etdiyi dəyişiklikdə əksini tapıb.

Əvvəl Müşahidə Şurası üzvlərinin sayı 6 nəzərdə tutulmuşdu. İndi isə bu say 4-ə endirilib.
Eyni zamanda, fərmana əsasən, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək.

Həmçinin, fərmana əsasən, İcraçı direktorun müavinlərinin sayı 1-ə endirilib.

Əvvəl icraçı direktorun 2 müavini var idi.

Tarix
19 Oktyabr 2021 [15:37]
Müəllif
Üç nöqtə
2021-10-19 15:37:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin