“Ehtiyat edirdim ki, Prezident məni tanımaz” - Qara Qarayev - VİDEO

“Öncəliklə Prezident İlham Əliyevə səmimi görüşə görə təşəkkür edirəm. Bilirəm ki, məni tanıyırdı və xoş münasibəti üzərimdə daha çox məsuliyyət yaratdı. İşimə bir az daha ciddi yanaşmağıma təsir etdi”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.
Oktyabrın 17-də Füzulidə ölkə başçısı ilə görüşən futbolçu təəssüratlarını bölüşüb:

“Bir az ehtiyat edirdim ki, cənab Prezident məni tanımaya bilər. Çünki 2017-ci ildən sonra görüşümüz olmamışdı. Amma sağ olsun Prezident yadından çıxarmayıb və səmimiyyət göstərdi. Bizim dialoqumuz oldu. Hətta “Qarabağ”la da maraqlandı və işlərin necə getdiyini soruşdu. Dedi ki, mənim adımdan bütün klub üzvlərinə salamımı çatdır”.

Q.Qarayev məcburi köçkün kimi çıxdığı şəhərə belə qayıtmasının əvəzedilməz hiss olduğunu bildirib:
“Mən 27 il öncə oradan çıxarkən 1 yaşım var idi və maşının arxasında heç bir şeyimiz olmadan tərk etmişdik Füzulini. Amma indi ora Prezidentin seçdiyi bir şəxs kimi qayıtdım və bu əvəzolunmaz hissdir. Həm də Füzulinin işğal altından azad olunması günü idi. Heç kim düşünməzdi ki, belə əlamətdar gündə ölkə başçısı İlham Əliyevlə orada görüşəcəm, amma bu mənə qismət oldu”.

Millimizin üzvü Füzuli rayonunun gözəlliyindən söz açıb: “Mənim rayonumuzu görməyə yaşım çatmayıb. Ancaq Füzuli danışılandan, şəkildə görüləndən, videolarda göründüyündən daha gözəldir. Bütün Qarabağ gözəldir, amma doğulduğun yerin insana mənəvi yaxınlığı bir başqadır. Füzulinin dərələri, dağları, təpələri də çox gözəldir. Yeni layihələr var və tikinti işləri davam edir. Hava limanı, binalar, yeni iaşə obyektləri tikildikdən sonra rayonun gözəlliyinin üstünə yeni gözəlliklər əlavə olunacaq”.

Qarayev uşaq vaxtı çıxdığı evlərinə gedə bilmədiyini əlavə edib: “Həmin evə gedə bilmədim, çünki minalar hələ də qalır. Amma evimizin fotoları məndə var. Yalnız 5 daşdan ibarət bir divarı qalıb”. 

Tarix
19 Oktyabr 2021 [13:08]
Müəllif
Üç nöqtə
2021-10-19 13:08:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin