“Qarabağ” – “Kayrat” oyununun biletləri satışa çıxarılır

23:43 - 16 Oktyabr 2021 - İDMAN

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Kayrat” (Qazaxıstan) oyununun biletləri oktyabrın 17-dən satışa çıxarılacaq.

Ucnoqta.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).

Xəbər xətti