İşğaldan azad edilən ərazilərdə aparılan axtarış işləri zamanı daha iki erməni hərbçinin cəsədi tapılıb.
Bu barədə erməni KİV-ləri yazıb.
Cəsədlərin Xocavənd rayonu ərazisindən aşkarlandığı qeyd olunur. Onların kimliyini müəyyənləşdirmək üçün ekspertiza təyin ediləcək.
İndiyədək azad edilən ərazilərdən tapılan cəsədlərin sayı 1683-ə çatıb.