Ceyhun Bayramov Belarusa səfərə gedib

14:35 - 13 Oktyabr 2021 - SİYASƏT

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa səfərə gedib.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycan xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB XİNŞ növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Xəbər xətti