Bakıda qeyri-yaşayış sahəsində yanğın baş verib - FOTO

21:25 - 25 Sentyabr 2021 - HADİSƏ

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Mirzəağa Əliyev küçəsi 245 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin şaxtasında tüstülənmə ilə müşahidə edilən yanğın baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin əməkdaşları cəlb edilib.

Əhatə dairəsi 6 kv olan şaxtada yanğının qarşısı alınıb.///Apa

 


Xəbər xətti