"Qarabağ"da ciddi İTKİ: Yarımmüdafiəçi 6 ayadək sıradan çıxıb

Bakıda İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib.

Ucnoqta.az xəbər verir ki, klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi ön çarpaz bağlarından xəsarət alıb.
Abbaszadə 31 yaşlı oyunçunun əməliyyat olunacağını və ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Tarix
17 Sentyabr 2021 [14:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-09-17 14:48:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin