Avropada qazın qiyməti bahalaşıb

12:22 - 8 Sentyabr 2021 - İQTİSADİYYAT

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın qiyməti min kubmetr üçün 660 ABŞ dolları həddini ötüb.

Bu barədə "APA-Economics" ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 8 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt/saat üçün 54,6 avro təşkil edib (bir kubmetr üçün təqribən 662 dolar).

Qeyd olunur ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb.

Xəbər xətti