Kabil aeroportunda XAOS - Ölkəni tərk etmək üçün təyyarənin şassisində göyə qalxanlar var - VİDEO

13:08 - 16 Avqust 2021 - DÜNYA

Yüzlərlə adamın Əfqanıstanın paytaxtını tərk etmək üçün təyyarələrə zorla minməyə çalışması zamanı Kabil hava limanında ən azı 5 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Reuters" şahidlərə istinad edərək məlumat yayıb. Şahidlərdən biri bildirib ki, beş nəfərin meyiti hava limanından maşınla aparılıb.

Digər bir şahid, qurbanların silah atəşi ilə öldürülməsi və ya izdiham nəticəsində ölməsinin hələ məlum olmadığını söyləyib.

Qeyd edək ki, hava limanındakı ABŞ əsgərləri kütləni dağıtmaq üçün daha əvvəl havaya atəş açıb.

Xatırladaq ki, "Taliban"ın ölkəni əl keçirməsi ilə əlaqədar minlərlə əfqanıstanlı ölkəni tərk etmək üçün hava limanına üz tutub. Ölkəni tərk etmək üçün yüzlərlə əfqan təyyarəyə minməyə can atır. Hətta təyyarənin şassisindən yapışıb səmaya qalxanlar da var ki, onlar göydən yerə düşürlər.

Xəbər xətti