Hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir - Foto

12:50 - 14 Avqust 2021 - Xəbər

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir. Çətin dağlıq şəraitdə döyüş növbətçiliyi aparan zenitçilər bilik və bacarıqlarını praktiki atışlarda nümayiş etdirirlər.
Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, müasir ümumqoşun döyüşünün çevik dəyişən şəraiti bütün heyətdən zenit-artilleriya bölmələrinin manevr qabiliyyətinin yüksək olmasını tələb edir. Bu məqsədlə bölmələrin qısa zamanda qurğulardan hava hədəfinə atəş açaraq məhv etməsi və çətin dağlıq şəraitdə yerdəyişməsi məşq etdirilir.
Təlimə cəlb olunan pilotsuz uçuş aparatlarının aşkar olunması, müşayiət və məhv edilməsi üzrə heyətlərin bacarıqları pilotsuz uçuş aparatlarının praktiki fəaliyyəti ilə yoxlanılır.
Qurğu heyətlərinin yerüstü hədəflərə praktiki atışları ilə təlimlər davam edir.


Xəbər xətti