Müğənni taksi sürücüsü ilə dalaşdı - ANBAAN VİDEO

09:14 - 12 Avqust 2021 - HADİSƏ

"Mühür" mahnısı ilə məşhurlaşan türkiyəli müğənni Irmak Arıcı xoşagəlməz hərəkəti ilə bütün diqqətləri üzərinə çəkib.

Ucnoqta.az Baku.ws-ə istinadənxəbər verir ki, tıxacda qalan sənətçi taksi sürücüsü ilə mübahisə edib. Daha sonra böyüyən mübahisə davaya çevrilib. Irmak sürücünün qarşısına keçərək ona dəfələrlə tüpürüb. Həmin anlar anbaan kameralar tərəfindən görüntülənib. Taksi sürcüsü müğənnini polisə verib.

Irmakın videosu bütün sosial platformalarda paylaşılaraq yayılıb. Sosial şəbəkə istifadəçiləri müğənninin bu hərəkətini tənqid ediblər.

Mövzu ilə bağlı açıqlama verən sənətçi bunları deyib:

“Mən ona xəbərdarlıq etmək məqsədilə siqnalı basdım. Amma o, əl-qol hərəkətləri edərək məni təhqir etməyə başladı. Qaçmaq istədim, amma maşını üstümə sürdü”.

Xəbər xətti