Parisdə Messini gözləyirlər, o isə ... - VİDEO

14:53 - 10 Avqust 2021 - İDMAN

“Pari-Sen-Jermen” (“PSJ”) klubunun azarkeşləri bir neçə gündür hava limanında Lionel Messinin gəlişini gözləyir.

“Qafqazinfo” “Sports.ru”ya istinadən xəbər verir ki, “Barselona” klubundan yenicə ayrılan Messi isə hələ də Barselona şəhərindədir.

“Messi hələ də Barselonada öz evindədir. Bir çox “PSJ” azarkeşi və media nümayəndələri onun gəlişini bu axşam (9 avqust axşamı – red.) gözləsələr də, o hələ Parisə gəlməyib”, - deyə “La Sexta”nın jurnalisti Mariya Qarrido qeyd edib. 

Bununla yanaşı, Barselonada jurnalistlər Messini lentə ala bilib. 

Qeyd edək ki, mediada yayılan məlumata görə, 34 yaşlı ulduz futbolçu Fransanın “PSJ” klubu ilə müqavilə imzalamağa razılıq verib. 

Lakin Messi yeni komandası ilə bağlı suala konkret cavab verməyib: ““PSJ” mümkün variantlardan biridir. Amma hələlik heç kimə zəmanət verməmişəm. Bu an üçün hələ heç nə rəsmən təsdiq olunmayıb. “Barselona”nın bəyanatından sonra mənə digər klublardan da çoxlu zənglər olub”.

Həmçinin,  "PSJ" ilə danışıqlar üçün Messinin atası və meneceri Xorxe Messi Parisə getməsi barədə məlumat yayılıb.  Eyni zamanda, "PSJ" Messinin rəsmi təqdimatı üçün Eyfel qülləsini icarə götürdüyü də iddia edilib. 


Xəbər xətti