Azərbaycan ordusunun həlak olan zabiti ilə vida mərasimi keçirilir - FOTO

11:27 - 10 Avqust 2021 - Cəmiyyət

Avqustun 9-u səhər saatlarında Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə zamanı həlak olan leytenant Babayev İlqar Rüfət oğlu ilə Oğuz rayonunun Cabut kəndində vida mərasimi keçirilir. 

Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edirlər.

Zabitin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.///oxu.az


Xəbər xətti