Füzulidə “Mercedes" "VAZ-2107" ilə toqquşub - 1 nəfər ölüb, 4 yaralı var

16:20 - 4 Avqust 2021 - HADİSƏ

Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, rayonun Araz Dilağarda kəndi ərazisində rayon sakini Ş.Quliyevin idarə etdiyi “Mercedes-Benz” və S.Əsədovun idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.
Qəza nəticəsində hər iki sürücü və onların üç sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Cəsur Əsədov avqustun 3-də yerləşdirildiyi tibb müəssisəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti