Roma Papası Livana səfər edəcək

18:35 - 4 Avqust 2021 - DÜNYA

Roma Papası Fransiskin Livana getmək niyyətində olması avqustun 4-də kollektiv audensiyada təsdiqlənib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, 2020-ci il avqustun 4-də Beyrutda partlayış törədilən dəniz limanını ziyarət edəcək.

“Əziz livanlılar, mən sizi ziyarət etmək arzusundayam. Livanın Yaxın Şərqdə yenidən qardaşlıq və sülh simvolu olması üçün dua etməkdən yorulmuram”, - onun adından yayılan açıqlamada bildirilib.
Roma Papası beynəlxalq ictimaiyyəti Livana əməldə yardım etməyə çağırıb.

Səfərin tarixi açıqlanmayıb.

Xəbər xətti