Rusiyada oyun zamanı meydanda ilan aşkarlanıb - VİDEO

22:30 - 2 Avqust 2021 - MARAQLI

Futbol üzrə Rusiya Premyer Liqasında II turun "Axmat" - "Soçi" matçında meydanda diri ilan aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu hal ilk yarının əvvəllərində yaşanıb. Mübahisəli epizoda VAR vasitəsilə baxış zamanı stadion əməkdaşları ilanı yaba ilə meydandan çıxarıblar. Oyun isə 3 dəqiqəyədək dayandırılıb.

Qeyd edək ki, Qroznıdakı "Axmat Arena"da keçirilən görüşün ilk yarısından sonra "Soçi" öndədir - 1:0.

Xəbər xətti