Bakıda iki uşaq anası olan 24 yaşlı qadın "patı"dan öldü

14:47 - 28 İyul 2021 - HADİSƏ

Ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (patı) dünyasını dəyişib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib. O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır. İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: “2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24%-ə (2010-cu ildə 0,9%) çatıb”.

Xəbər xətti