Ana səhifə Mobil versiya
18 Sentyabr 2021

Mahir Emreli birinci oldu - UEFA açıqladı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb. "Report"un məlumatına görə, Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 4 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən iki futbolçudan biridir. 24 yaşlı hücumçu 6 dəfə çərçivəni dəqiq nişan alıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli 3 dəfə hədəfdən yayınıb. Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç də 6 dəfə çərçivəyə düşüb. Lakin onlardan heç biri qolla nəticələnmədiyi üçün azərbaycanlı oyunçu ilk sırada qərarlaşıb. Qeyd edək ki, "Legiya" II təsnifat mərhələsində Estoniyanın "Flora" komandasını mübarizədən kənarlaşdırıb. Varşava təmsilçisi III raundda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə üz-üzə gələcək.
Tarix
28 İyul 2021 [08:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-07-28 08:07:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin