Ronaldonu "Coca-Cola" ilə "vurdular" - FOTO/VİDEO

15:12 - 24 İyun 2021 - İDMAN

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo Avro-2020-nin qrup mərhələsinin son turunda Fransa ilə oyunda (2:2) tribunadan hücuma məruz qalıb.

Həmin görüşdə dubla imza atan 36 yaşlı hücumçuya vurduğu qolların birindən sonra tribunadan bir şüşə "Coca-Cola" da daxil olmaqla, yad əşyalar atılıb.

Xatırladaq ki, Kriştiano Avro-2020-dəki mətbuat konfranslarının birində "Coca-Cola" içkilərini kənara çəkərək su içməyin daha faydalı olduğunu demişdi.


​///ofsideplus


Xəbər xətti