Ana səhifə Mobil versiya
20 Sentyabr 2021

Zığ-Hövsan yolundan istifadə edənlərə ŞAD XƏBƏR - VİDEO

Artıq bir neçə il idir ki, Hövsan qəsəbəsini paytaxtla birləşdirən Zığ-Hövsan yolunda təmir işləri yarımçıq qalmışdı. Ancaq indi həmin işlər yenidən start götürüb. Yol təmirdən sonra tam yeni görkəmdə olacaq. Əsas yolla yanaşı hövsan qəsəbəsinin daxili yolları da əsaslı şəkildə yenidən qurulur. 

İllərdir təmiri yarımçıq qalan Zığ-Hövsan yolunda işlər yenidən başlayıb. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qeyd edib ki, ümumi uzunluğu 7 kilometrə yaxın olan yolun təmirinə start verilib. Yol 1-ci texniki dərəcəyə uyğun təmir edilir.

İş icraçıları müsahibə verməsələr də şifahi olaraq bildirdilər ki, yola üçqat asfalt örtüyü döşənəcək. Yol boyu işıq dirəkləri, bəzi yerlərdə piyada səkiləri və 3 yerüstü keçid olacaq. Kommunikasiya xətlərinin yenilənməsi üçün əraziyə materiallar gətirilib

Uzunluğu 2 km olan Oktay Şabanov küçəsinin eni 6 metrə çatdırılıb.

Bütün işlərin tam olaraq nə zaman yekunlaşacağı hələ ki bilinmir.

Tarix
21 İyun 2021 [00:26]
Müəllif
Üç nöqtə
2021-06-21 00:26:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin