"Jurnalistlərin binası"nda FACİƏ: 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılaraq ölüb-Foto (Yenilənib)

21:20 - 8 İyun 2021 - HADİSƏ

4 yaşlı uşağın evin pəncərəsindən yıxılaraq ölməsinin təfərrüatı məlum olub.

Məlumata görə, uşaq pəncərədəki tora söykənib. Bu zaman tor cırılıb və azyaşlı yıxılaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır./report



20:10

Bakıda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb. APA xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) C blokunda qeydə alınıb. Binaya qonaq gələn ailənin 3 yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının və təcili yardım briqadasının əməkdaşları cəlb olunub.

Xəbər xətti