Hikmət Mirzəyevin arxiv görüntüləri yayıldı - FOTO

15:41 - 2 İyun 2021 - Xəbər

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan general-leytenant Hikmət Mirzəyevin gənclik illərinin fotoları yayılıb.

Oxu.Az-ın məlumatına görə, sosial şəbəkədə yayılan fotolar maraqlı müzakirələrə səbəb olub.

Fotoların 1993-cü ildə Birinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Taborun heyəti arasında çəkildiyi iddia edilir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin hərbi rəhbərlərindən biri, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub.

 


Xəbər xətti