Bəxtiyar Vahabzadə yaradıcılığı Qazaxıstan ədəbiyyat portalında - Foto

13:04 - 29 Aprel 2021 - Ədəbiyyat

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında Qazaxıstan ədəbiyyat portalında məlumat verilib

Ucnoqta.az xəbər verir ki, Qazaxıstanın populyar “Adebiportal.kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) Xalq şairi Bəxtiyar Vahabzadənin rus dilinə tərcümə edilmiş “Ayrılıqda”, “Ürək”, “Dəyişilmə” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumat verilir.

Şeirlərin rus dilinə tərcümə müəllifləri V.Luqova, A.Kronqauz və V.Zayçevdir.

Qeyd edək ki, geniş oxucu kütləsi olan “Adebiportal.kz” öz səhifələrində müntəzəm olaraq Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

Keçid linki: https://adebiportal.kz/ru//blogs/view/5190


Xəbər xətti