Azərbaycanın Xalq artisti vəfat edib

10:42 - 16 Aprel 2021 - Xəbər

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev vəfat edib.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, Xalq artsiti bu gün səhər dünyasını dəyişib: "Xalq artistinin dəfni ilə müvafiq qurumlar məşğul olacaq".

Xatırladaq ki, E.Quliyev yanvarın 18-də infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. Fevralın 23-ü evə buraxılmışdı. Vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.

Allah rəhmət eləsin!

Xəbər xətti