Fransada məscid yandırılıb

09:38 - 10 Aprel 2021 - HADİSƏ

Fransanın Nant şəhərində naməlum şəxslər Arrahma məscidini yandırıblar. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə yerli KİV bildirib. Qeyd edilir ki, hadisə zamanı məscidə maddi ziyan vurulub, giriş qapısı tamamilə yanıb. Məscidin ətrafında içində benzin olan kanistrlər tapılıb. Fakt üzrə araşdırmalara başlanılıb. Hazırda müstəntiqlər hadisənin səbəbini və yanğının mənbəyini müəyyənləşdirmək üçün videomüşahidə kameralarındakı qeydləri araşdırırlar. Fransanın Müsəlman Məzhəbi Şurası (CFCM) özünün tvitter səhifəsində hadisəni pisləyib. Təşkilat hadisəni nifrətin təzahürü və qəbuledilməz hərəkət adlandırıb.

Xəbər xətti