Həbsxanaya ayaqqabıda narkotik keçirmək istəyən qadın saxlanılıb - Foto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən xəbərə görə, Cinayət Məcəlləsinin 126.2.4 və 93.1.2-ci maddələrinə əsasən təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrun edilmiş məhkum Abışov Amil Ərzuman oğluna Mingəçevir şəhər sakini Zeynalova Vüsalə Namiq qızı tərəfindən göndərilən sovqata baxış keçirilən zaman orada olan ayaqqabının daban hissələrində xüsusi üsulla gizlədilən 7 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,253 qram olan narkotik vasitə - heroin, ümumi çəkisi 4,322 qram olan narkotik maddə  tiryək və ümumi çəkisi 4,6 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Tarix
8 Aprel 2021 [19:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-08 19:14:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin