Gəncədə evdə partlayış olub, xəsarət alan var

10:11 - 8 Aprel 2021 - HADİSƏ

Gəncədə evdə partlayış olub.

APA-nın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.

Hadisə zamanı 34 yaşlı Cəmilə Musayeva yanıq xəsarətləri alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti