Tək əllə atəş açaraq özünü düşmən səngərinə atır - "Dəniz pişiklər"inin tarix yazan şəhidi

Döyüşün 34-cü günüdür... Xocavənd rayonu ərazisində yerləşən Qızıl qaya yüksəkliyinin azad edilməsi əmri gəlir.

Ucnoqta.az xəbər verir ki, Elgün Gəncimsoy qəhrəman şəhidimiz Ruslan Rəcəbov barədə feysbuk sosial şəbəkəsində yazıb:

"Əmri hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı bölmələri icra etməlidir. Onu da diqqətinizə çatdırım ki , sözügedən yüksəkliyin azad edilməsi Aşağı Veysəlliyə və Xocavənd-Füzuli yoluna tam nəzarət etmək deməkdir. Qrup hərəkətə başlayır.

Öndə pulemyotçu nəfəri, miçman Ruslan Rəcəbov gedir. Rəcəbov o qədər cüssəli idi ki, arxasınca gələn qrup üzvləri onun döyüş himayəsindən yararlana bilir.

Qızıl Qaya yüksəkliyini erməni ordusunun 60-a yaxın hərbi qulluqçusu müdafiə edir. Üzüyuxarı döyüş yürüşü başlayır. Rəcəbovun silahı susmur. Qanlı döyüş yürüşü zamanı pulemyotçumuz atəş nöqtələrini susdura-susdura qrupu irəli aparır.
Düşmən səngərinə bir neçə metr qalmış erməni hərbçilərinin atdığı əl qumbarası Onun yaxınlığında partlayır. Yanında baş verən partlayış Rəcəbovu yaralayır. Döyüşçümüzün yandan bağırsağı çölə çıxır. Amma , Azərbaycanın igid döyüşçüsü dayanmır və irəliləyir.

Növbəti partlayış...
Daha növbətisi...
Səngərə yaxınlaşan Ruslan güllə yağışı altında əl qumbarası çıxarıb düşmən səngərinə atmaq istəyir. Qalxan qolu iri çaplı pulemyot gülləsinə tuş gəlir və qopub yerə düşür...

Döyüşçü durmur. Yıxılmır... Dayanmır...
Çünki səngərin bir-neçə metrliyindədir! Tək əllə pulemyotu ata-ata özünü düşmən səngərinə atır. Qarşısındakı istiqamət üzrə bütün güllələrini tükədərək bir neçə erməni hərbçisini məhv edir. Gülləsi bitən döyüşçü qarşısındakı düşmənin üstünə doğru hərəkət edir ki, arxasınca gələn bütün qrup üzvləri səngərə dolmağı bacarsın. Belə də olur. Ancaq iki erməni hərbçisi onların gözünə ölməz canlı kimi görünən Ruslana 30 yaxın güllə vurub onu şəhid edir.

Barıt tüstüsünün çəkilmədiyi səngərdən işarə fişəngi atılır. Yüksəklik azad edilib!...
Ancaq komandanlığa Qızıl Qaya yüksəkliyinin azad edilməsi məruzəsi ilə yanaşı Miçman Ruslan Rəcəbovun Qəhrəmancasına şəhid olma xəbəri də məruzə edilir.

Bu gün üç rəngli Bayrağımız həmin yüksəklikdə dalğalanır. Ruslan Rəcəbovun parçalanmış bədəni, qopmuş qolu sayəsində...- tək əllə çəkdiyi tətik, tapdığı təpər sayəsində o Bayraq orada qürurla dalğalanır.

Bəzilərinin hansısa fantastik xarici film səhnəlirdə görüb inanmadığı möcüzəni Azərbaycan Əsgəri Vətən müharibəsində edir.
Və... Sübut edir ki, Azərbaycan ordusu əzəmətli və yenilməzdir".

Tarix
7 Aprel 2021 [13:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-07 13:32:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin