Bakıda avtomobil yanıb

15:14 - 6 Aprel 2021 - HADİSƏ

Bakıda avtomobildə yanğın hadisəsi olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonunda “Toyota” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti