Bakıda yol qəzası olub, xəsarət alan var

09:06 - 5 Aprel 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində iki avtomobilin toqquşması zamanı 1969-cu il təvəllüdlü Qədirov Natiq Seyidulla oğlu müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti